Qatıl Əhməddən dəhşəli AÇIQLAMA

Qatıl Əhməddən dəhşəli AÇIQLAMA

Bir müddət əvvəl ailə üzvlərini amansızlıqla qətlə yetirən Əhməd Əhmədov istintaqa sensasion etiraflar edib.

Ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib.

O, bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid evlərdən birini bacısına verib.

Əhmədlə valideynləri arasında ilk mübahisə o zaman başlanıb.

Əhməd bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və bacısının bu evlər üzərində heç bir haqqı yoxdur.

Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə ona veriləcəyini desələr də bu, onu sakitləşdirməyib.

Əhməd bu mövzuda bacısı ilə  də danışıb və dəfələrlə mübahisə ediblər.

Qətldən bir gün öncə Əhməd atasına “mən bu işi burda qoymayacam” deyib.

COMMENTS