Qaxda iki ton narkotik vasitə məhv edilib

Qaxda iki ton narkotik vasitə məhv edilib

Qax rayonunun Fıstıqlı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 2 ton olan 9090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

COMMENTS