Qaynatası, qaynanası və qaynını bıçaqlayan şəxs saxlanıldı

Ötən gün Gəncə şəhərində bir ailənin üç üzvünü bıçaqlayan şəxs həbs edilib.

ANS PRESS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərail Abbasovun yaşadığı evə gələn kürəkəni – şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdi.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.

COMMENTS