Qazax iş adamından Azərbaycana hörmətsizlik- Şuşada restoran açdı

Qazax iş adamından Azərbaycana hörmətsizlik- Şuşada restoran açdı

1992-ci ildə ermənilər tərəfindən işğal edilən Şuşa şəhərinin ən son görüntüləri yayılıb. Vətəninfo.az xəbər verir ki, görüntülərdən aydın olur ki, ermənilər Şuşada yalnız şəhərin mərkəz hissəsini təmir edirlər.

Şəhərin kənar hissələri təmirsizdir. Şuşa şəhərində təmir işləri isə qazaxıstanlı iş adamının şirkətinə həvalə edilib. Şuşanı mərkəzi hissəsində  restoranlar da məhz qazaxıstanlı iş adamı Kaytar Boranbayeve məxsusdur.

Qazaxıstanda və Belarusda “Makdonalds” restoranlar şəbəkəsinin sahibi, 350 milyon dollar sərvəti olan iş adamı 2016-cı ildən  ermənilərlə iş birliyi qurub. Qazaxıstanın ən zəngin 50 iş adamından biri olan Kaytar Boranbayev  qondarama “dqr” isti münasibətləri var. Bu işdə onun Belarusdakı şəriki Tiqran Markaryan yardımçı olur. Şuşada açılan restoranlar da məhz Markaryanın təkidi ilə açılıb. Artıq Şuşada yeni əyləncə mərkəzlərinin açılmasının anonsunu verən Markaryan, yaxın günlərdə “Makdonalds” restoranın Xankəndində filialının acılacağını bildirib.

DOSYE.ORG

COMMENTS