Qazax təhsilində biabırçı olay- ŞOK İDDİA

Dosye.org xəbər verir ki, Qazax rayonunda təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev barəsində moderator.az-a şok iddialı məktub daxil olub. Məktubu olduğu kimi oxuculara təqdim edirik:

 

“Qazax rayonunda keçmiş təhsil şöbəsinin müdiri Mahir Vəliyevin dövründə az-çox təhsil adında nə vardısa, onu da hazırkı təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev pis bir sonluqla yekunlaşdırdı. Əhməd Dərgahquliyev təhsilin inkişafından başqa pis nə vardısa, hamısını Qazaxda təhsilə gətirdi. Məsələn, şagirdlər dərsdə qumar oynamırdı, onu da etdilər. Çünki Əhməd Dərgahquliyev müəllimlərin çantasını yoxlaya bilirdisə, şagirdlər də qumar oynayıb necə gəldi nəşə çəkirdilər. Bu şəxs elə ki, Qazax rayon Təhsil Şöbəsinin müdiri oldu, bütün orta məktəblərin həyətində, ərazisində “butka” qoydurmağa, məktəb ərazilərini özününküləşdirməyə başladı. Yüngül tərzli müəllimələrdən hər üzünə istifadə edən Əhməd müəllim sonradan onları özünə “ajans” kimi işlətdi. Bununla da təhsil qıraqda qaldı. Şagirdləri, onların valideynlərini məktəb direktorlarının xətti ilə məcbur edərək, özünün “budka”larında məktəb ləvazimatları aldırmağa başladı. Məktəbli formalarını məcburi qaydada satdırıb narazılıq yaratdı. Bəzən formaların pulunu müəllimlərin məvacibindən almaqla təmin etdi. Təlim-tədris adına heç nə bilməyən Əhməd Dərgahquliyev özünün möhtəkir qaydalarından kənara çıxmadı. Rayonun bütün məktəb direktorlarından rüşvət alıb onlara aylıq haqq qoydu. Şəhər məktəb direktorlarından 6 min manat, kənd orta məktəbinin rəhbər şəxslərindən 4 min manat rüşvət alan Əhməd Dərgahquliyev sonradan başqa qaranlıq əməliyyatlara da qol qoydu. Məsələn, müəllimlərin maaşının hesablanma qaydasını ikili sənədlərlə həyata keçirdi. Vedmostda müəlimlərin məvaciblərini bir qaydada, digər vedmostda fərqli qaydada hesablatdırdı. Satınalmalar üzrə Dövlət Komitəsinin xətti ilə tenderlərdə özünün firmaları iştirak edərək, rayon məktəblərinə alınan stol, stul, parta, kovralit və digər avadanlıqlar üçün milyon manatlar qazandı. Bir neçə hesablara pul köçürüb “şapka” almağa başladı. Təlim-tədrisin başını buraxıb, özünə Qazaxın dilbər guşələrində istirahət məkanları tikdirdi. Rayonun mərkəzi bazarından bir neçə “toçka” alıb arendaya verdi. Cındır pencəklə təhsilə gələn bu şəxs indi varidat sahibi hesab olunur. Bu varidatı isə təbii ki, məktəblərdə hərbi rəhbərlərə maaşa daxil olan səkkiz saat dərsə əlavə əmək haqqı yazdırıb 4223,06 manat olmaqla mənimsədi. Fənn kabinetlərinin sayını şişirtməklə 6983,70 manat mənimsədi. Müəllimlərin sanatoriyada, məzuniyyətdə, analıq məzuniyyətində olduqları halda onlara əmək haqqı yazdıraraq, 9565 manatı mənimsədi. Məktəbdə günü uzadılmış qruplara görə 40 min manat əmək haqqı verib mənimsədi. Saxta şəkildə Uşaq Gənclər və İdman məktəbində müəllimlərin sayını 70 nəfərə çatdırmaqla onların “əmək haqqları”nı zamanında mənimsədi və uşaq yaradıcılıq müəssisəsində 163 qrupda müxtəlif naminasiyalarda diplomlar təqdim etməklə 3 il bundan qabaq 175500 mənimsədi. Rayonun şahmat məktəbi, Texniki Yaradıcılıq Mərkəzinin qapıları qıfıllı olduğu halda dövlət tərəfindən xərclənən 205 min manatı “ölü canlar” şəklində 2011-2012 tədris ilində həzm rabitədən keçirdi. Qazağın bütün kənd məktəblərində 20-30 manat məvacib qarşılığında 2000-3000 manat rüşvət alaraq müəllim əmrləri verdi. Bunu hansı haqla etdi, ona söz deyən olmadı. Qabağa gedərək ölkə prezidentinin 2011-ci il fərmanına hörmətsizlik etdi. Fərmana görə 65 yaş senzi ilə bağlı rayon təhsil şöbəsində çalışan işçilərin 2%-i orada qalıb işləyə bilərdi. Amma Qazax rayon Təhsil şöbəsində 43 işçi olduğu halda onların 2%-i deyil, 3-4%-i orada qalıb işlədi. Təbii ki, rüşvət müqabilində…
Bütün bu qanunsuzluqları təbii ki, təhsil adına rüşvət toplamaqla etdi. Ondan şikayət edənlərə Misir Mərdanov, deputat Əhməd Vəliyev “mənim adamımdır” deməklə təzyiq yolunu tutdu. Rayonun bütün müəllim və müəllimələrini şantaj etməklə, günümüzə qədər qalıb işləyən Əhməd Dərgahquliyevin müdiri olduğu Qazax rayon Təhsil şöbəsini hazırda Təhsil Nazirliyi yoxlayır. Qazax Pedoqoji kollektivi əmindir ki, Əhməd Dərgahquliyevin hüquq adına zidd əməlləri təhsil naziri Mikayıl Cabbarovun diqqətindən kənarda qalmayacaq, o layiqli şəkildə cəzalandırılacaqdır. “

COMMENTS