Qazaxda dairə sədri özünü padşah hesab edir- BU DA FAKT

Qazaxda dairə sədri özünü padşah hesab edir- BU DA FAKT

Son günlər bəzi yerlərdə səki üzərində avtomaşın saxlamaq dəb halını alıb.

Maraqlı məqam ondan ibarətdir ki, bu cür xoşagəlməz hadisələrdə adı hallanan şəxslər təəsüf ki, məmurlardır. Fotoda gördüyüz KİA markalı dövlət nömrə nişanlı Az 77 RG 163 avtomaşın 109 saylı Qazax seçki dairəsinin sədri Xəyyam Salehova məxsusdur. Əgər qanunlara sıravi ölkə vətəndaşları riayət edirsə, bir mənalı şəkildə dövlət məmurları da dövlətimizin qanunlarına sayğı ilə yanaşmalıdır. Digər tərəfdən məmurlar cəmiyyət önündə elə davranmalıdırlar ki, vətəndaş ona hörmətlə yanaşsın. Sual yaranır. Belə bir mənzərədən sonra hansı vətəndaş dövlət məmuruna ehtiramla yanaşacaq? Cavab olduqca sadə…

Avtomaşının saxlanıldığı yol sırf piyadalar üçün nəzərdə tutulub. Yəni, məktəblilər, yaşlılar, uşaqlı xanımlar artıq həmən yoldan rahat istifadə edə bilmədikləri üçün günahkar aidiyyəti üzrə dövlət qurumlarını hesab edirlər. Prinsip etibarı ilə deyə bilərik ki, sakinlır tam haqlı olaraq iradlarını bildirir. Bəli, Yol Polis əməkdaşları həmən avtomaşinın sahibinə inzibati qaydada cərmə tədbiq etməli idi. Əfsuslər olsun ki, dairə sədrinin “vesi” bunlara imkan vermir…

DOSYE.ORG

COMMENTS