Top.Mail.Ru

Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

Dosye.org xəbər verir ki, hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 23 yaşlı üç nəfər – Allahverdiyev Natiq, Osmanov Amil, Alıyev Təyyar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  /APA

DOSYE.ORG

COMMENTS