Qazaxıstan qaz ixracını dayandıra bilər

Qazaxıstan qaz ixracını dayandıra bilər

Qazaxıstan gələn qış təbii qaz ixracını dayandıra bilər. Bu barədə “QazaqGaz” dövlət enerji şirkətinin idarə heyətinin sədr müavini Arman Kasenov məlumat verib.

Onun sözlərinə görə, bu tədbir respublikanın əhalinin və sənaye müəssisələrinin daxili tələbatını ödəmək üçün lazım ola bilər.

“Qazaxıstan gələn qışda daxili bazarını tam təmin etmək üçün təbii qaz ixracını dayandırmağı planlaşdırır. İxracın dayandırılması daxili qıtlığın qarşısını almağın yeganə yoludur. Bu il Qazaxıstan ən böyük şəhəri Almatı şəhərini elektrik və istiliklə təmin etmək üçün kömür əvəzinə təbii qazdan istifadə etməyə başlamağı planlaşdırır”, – deyə Kasenov bildirib.

Qeyd edək ki, yaxın vaxtlara qədər Qazaxıstan qazının əsas istehlakçıları bəzi Asiya və Avropa dövlətləri idi. Çin, İsveçrə və Ukrayna respublikanın yanacağının əsas alıcıları arasındadır. Bununla belə, 2022-ci ilin sonunda Qazaxıstandan təbii yanacağın ixracı kəskin azalıb. İxracın ümumi həcmi 2021-ci ildəki 7,2 milyard kubmetrdən 4,6 milyard kubmetrə düşüb. (Mənbə: gazeta.ru)

DOSYE.ORG

COMMENTS