Qazaxıstan hökuməti çadra və rübənddən istifadəni qadağan edən qanun layihəsini parlamentə göndərib.
Dosye.org İSNA-ya istinadən bildirir ki, bu barədə Qazaxıstanın dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev deyib. Nazirin sözlərinə görə, bu qanunla şəxsin üzünün örtülməsinə səbəb olan hər hansı geyim təhlükəsizlik səbəblərinə görə, qadağan olunur: “Müxtəlif hökumət və qeyri-hökumət təşkilatları və ekspertlərin rəyi ilə hazırlanan bu layihənin tənzimlənməsində beynəlxalq təcrübələrə xüsusi diqqət ayrılıb. Belçika, Fransa və digər ölkələrdə vətəndaşların təhlükəsizliyini qorumaq üçün belə qanunlar icra olunur”.
Nazirin sözlərinə görə, insanların üzünün gizli qalmasına səbəb olacaq hər növ rübənd, çadra və maskadan istifadə cinayət hesab olunur və qadağandır. Bu qanunun ilin sonuna qədər Qazaxıstan parlamentində təsdiqlənəcəyi gözlənilir. Qazaxıstanın 18 milyonluq əhalisinin 70%-dən çoxu müsəlmandır.
Dosye.org
COMMENTS