Qazaxıstanda gərginlik artır – Prezidentdən kritik açıqlama

Qazaxıstanda gərginlik artır – Prezidentdən kritik açıqlama

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün iğtişaşların baş verdiyi Jambıl vilayətinin Kordayski bölgəsində vəziyyətin sabitləşdiyini deyib.

Teleqraf.com xəbər verir ki, Tokayev münaqişənin kəskinləşməsinə səbəb olan təxribatçıların məsuliyyətə cəlb olunacağını və faciəni törədən dövlət orqanlarının işçilərinin cəzalandırılacağını bildirib.

Tokayev həmvətənlərinə məsuliyyətli vətəndaşlıqlarına görə təşəkkür edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı iğtişaşlar zamanı 8 nəfər ölüb, 40 nəfər yaralanıb. Daha sonra “Xabar 24” telekanalı qurbanların sayının on nəfərə çatdığını qeyd edib.

Toqquşmalarda iştirak edən 50-yə yaxın iştirakçı saxlanılıb. İğtişaşlarda ümumilikdə 1000 nəfərin iştirak etdiyi bildirilib.

Kütləvi davanın etnik qarşıdurma zamanı yarandığı açıqlanıb.

DOSYE.ORG

COMMENTS