Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 11 nəfər həlak olub.
Bu barədə “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. On bir şaxtaçının meyiti həyat əlaməti olmadan tapılıb. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib”, – açıqlamada deyilir.//Report
COMMENTS