Qazaxıstanda xüsusi əməliyyat – 40 nəfər saxlanılıb

Qazaxıstanda xüsusi əməliyyat – 40 nəfər saxlanılıb

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər.

Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul müsadirə olunub.

DOSYE.ORG

COMMENTS