Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin edildi

Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin edildi

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.
Qaynarinfo Qazaxıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.
Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
Qeyd edək ki, B.İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.
DOSYE.ORG

COMMENTS