Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb. DİA.AZ-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

“2022-ci il fevralın 19-da Baş Prokurorluq keçmiş müdafiə naziri Bektanov Murat Karibayeviçə qarşı xidmətdə hərəkətsizlik faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlayıb”, – deyə Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, sözügedən cinayəti törətməkdə şübhəli bilinən M.Bektanov 2022-ci il fevralın 20-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“Digər məlumatlar istintaqın maraqları çərçivəsində açıqlana bilməz”, – deyə Baş Prokurorluqdan əlavə ediblər.

DOSYE.ORG

COMMENTS