Qaziləri,Şəhid ailələrinin aldadan “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov niyə HƏBS OLUNMUR ?

Qaziləri,Şəhid ailələrinin aldadan “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərov niyə HƏBS OLUNMUR ?

“Proqress  2016”  MTK-nın sahibi  Emil Səməndərov vətəndaşları təkcə dövlətdən narazı salmır….

Emil Səməndərov  hətta insanları intihara sövq edir…

Emil Səməndərov  indi də “oğru aləmi”  ilə vətəndaşlara hədə-qorxu gəlir….

Emil Səməndərov hər yerdə deyir ki, HAQQINI ver, nə istəyirsən elə…

Əvvəl  vətəndaşlara  5-10  MANAT  atan Emil Səməndərov indi   70-80 min dəyərində MƏNZİL atır..

Azərbaycandakı  tikinti sektorunda  baş  verən qanunsuzluqlar,  1 mənzilin  5 nəfərə satılması, MTK-ların vətəndaşları aldatması, hətta  Allah qoymasa ədalət məhkəməsi  hakimlərinin  dələduz MTK rəhbərlərinin tərəfini saxlaması və s  barədə  ölkə mediası  neçə illərdir yazır.
Amma ortada heç bir nəticə yoxdur. Yəni bu qanunsuzluqlar  davam edir.
Gündəlik-Bakı olaraq  bir neçə aydır  minlərlə insanı dövlətimizdən narazı salan  “Proqress 2016” MMC-nin sahibi  Emil Səməndərovun əməllərindən yazırıq.
Qısaca onu bildirək ki, bu adamın barəsində Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt  və s məhkəmələrdə konkret dələduzluq əməli ilə bağlı  cinayət işi olub.
Və hər dəfə də  Emil Səməndərov məhkəmələrdən  “süddən çıxan qaşıq” olub.
Sanki bu adamın heç bir günahı yoxdur.
Və beləcə Emil Səməndərov başa düşüb ki, bizdə HAQQINI ver, nə istəyirsən törət…
Bəli, Emil Səməndərov TAKTİKANI dəyişib, düşünüb ki, xırda-xırda atmaqdansa, milyonlar atmaq lazımdır…
Emil Səməndərov  beləcə xırda dələduzluqdan böyük dələduzluğa keçib.
Və başlayıb binalar  tikməyə…vətəndaşlara artıq 5-10 manat deyil, MƏNZİL atmağa  başlayıb…
Bəli,  Emil Səməndərovun şirkəti vətəndaşlarla müqavilə imzalayıb, əvvəlcədən 40-50  min manat pulunu alıb, amma…
Vaxt başa çatanda bəlli olub ki, mənzillər hazır deyil, hətta…
Hazır  mənzil neçə nəfərə satılıb…
Və bu gün aldadılan  vətəndaşlar  hətta Baş prokurorluğun binası qarşısında  aksiya keçirir, etirazını bildirir, haqqını tələb edir, amma…
Əmması odur ki, hələ ki, bu insanların səsi-harayı yuxarılara çatmır. Kimsə bu insanların şikayəti ilə maraqlanmır.
Sakinlər bildirirlər ki, Emil Səməndərovla bağlı dəfələrlə  Baş Prokurorluğa şikayət etmişik.
Bəs nəticə..?
Nəticə odur ki, Emil Səməndərov bütün günü mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil…
Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər.
Bəli, Gündəlik-Bakıya  daxil olan yeni məlumata görə, MTK rəhbəri Emil Səməndərov artıq “oğru dünyası” ilə  işbirliyinə girib. Ondan şikayətçi  olanları “nakazat”  eləməklə  qorxudur.
Bu adam  son bir neçə ildə ölkəmizdə və Rusiyada yaşayn yüzlərlə soydaşımızı  mənzil almaq adı ilə aldadaraq  100  milyonları mənimsəyib.
Və hüquq-mühafizə orqanlarından, məhkəmədən-zaddan zərrəcə çəkinmir, bütün məclislərdə deyir ki, LAZIM OLAN YERƏ HAQQI çatdırmışam…
Artıq  heç yerə əli çatmayan vətəndaşlar  İNTİHAR həddinə çatıblar.
Yəni Emil Səməndərov vətəndaşları təkcə dövlətdən narazı salmır, hətta insanları intihara sövq edir…
Bu adam açıq-aşkar  reketlik edir.
Bəs  hüquq-mühafizə  orqanları hara baxır ?
Proqress MTK-da  Raif kimdir ?
Bu məsələlərə  növbəti yazıda aydınlıq gətirəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS