Qida Təhlükəsizlik Agentliyi nəzarəti itirib- İDDİA

Qida Təhlükəsizlik Agentliyi nəzarəti itirib- İDDİA

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi qrum olaraq işini icra edə bilmir.

Bu barədə DOSYE.ORG-a daxil olan məlumatlarda göstərilir. İaşə obyektlərn və restoranların anti-sanitariya vəziyyətində fəaliyyəti bir daha onu sübüt edir ki, AQTA qrum olaraq öz işini düzgün həyata keçirmir. Əlbətdə ki, buna səbəb kifayət qədər dəlillər və sübutlar gündəmi zəbt etsədə, necə deyərlər “sən saydığını say, gör fələk nə sayır” prinsipi Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzli üçün önəm kəsb etmir.

Etiraf edək ki, dünyanı lərzəyə gətirən xəstəliklər insan həyatı üçün təhlükəli və risqli məsələdir. Bu istiqamətdə bütün dünya mübarizəyə birgə qoşulduğu zaman bizim agentlik əməkdaşları öz şəxsi maraqlarına daha çox xidmət etdi. Bəzi kafelər və restoranlar sözün həqiqi mənasında birbaşa xəstəlik mənbəyi kimi hazırda fəaliyyətdədir. Onu da qeyd edək ki, cəmiyyətimizin əksər istifadə etdiyi məkan məhz kafelərdir.

Sosial şəbəkə vasitəsi ilə məlumat vermişdik ki, “Nargilə” adı altında fəaliyyət göstərən  kafedə anti-sanitariya baş alıb gedir. Bu barədə məlumatı adı hallanan qurumun email poctuna da ünvanlasaqda qarşı tərəfdən heç bir reaksiya verilmədi və araşdırma aparılmadı. Təbii ki, bundan sonra şübhələr özünü doğrultmağa başladı. Deməli, yuxarıda qeyd etdiyimiz ciddi nöqsanların “həlli” iki versiyadan ibarət ola bilər. Birinci versiya ondan ibarətdir ki, AQTA-nin sədri Qoşqar Təhəzməli ümumiyyətlə baş verən hadisələrdən məlumatsızdır. Ona görə də iddiaları qeyri-ciddi, daha dəqiq desək əhəmiyyətsiz hesab edir. İkinci versiya ondan ibarətdir ki, Q. Təhməzli özünün tədbiq etdiyi qanunlarla işini bitmiş sayır. Yəni, şikayətlər araşdırıldıqdan sonra obiyekt sahibləri ilə məsələ öz “yoluna qoyulur”. Məsələ nəzarətimizdədir və yenidən mövzuya qayıdacayıq. Bizi izləməyi unutmayın…

DOSYE.ORG

COMMENTS