Top.Mail.Ru

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılmasını başa çatdırdı

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılmasını başa çatdırdı

Rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb. Həmçinin tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiyanın işi davam edir: “Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət davam edir, ötən gecə ərzində hadisələr və atışmalar qeydə alınmayıb”.

COMMENTS