Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar

Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar

Qırğızıstan və Tacikistan iki ölkə arasında ümumi sərhədi birgə qorumaq haqqında razılığa gəliblər.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan hökumətindən məlumat verilib.

“Tacikistanla Qırğızıstanın DİN və sərhəd xidmətləri arasında keçirilmiş görüşdə razılıq əldə olunub ki, sərhəd birgə qorunsun”, – Nazirlər Kabinetindən bildirilib.

Mənbəyə əsasən, hazırda baş nazirin müavini Jeniş Razakov, sərhəd xidmətinin rəisi Ularbek Şarşeyev, DİN başçısı Kaşkar Cunuşaliyev, həmçinin yerli hakimiyyətin nümayəndələri münaqişə baş vermiş ərazidədirlər. Onların fəaliyyətinin ilk növbədə vəziyyətin sabitləşməsinə və yeni mümaqişələrin qarşısının alınmasına yönəldiyi qeyd olunur.

DOSYE.ORG

COMMENTS