“QİYAM” filmin təqdimatı keçirilib

Dünən Nizami Kinoklubunda populyar gitara ifaçısı, müğənni və öz mahnılarının müəllifi olan Çingiz Mustafayev daha bir neçə istedadını təqdim etdi.

Bildiyiniz kimi Çingiz idmanın Kunq-fu növü ilə məşğul olur. Onu bü döyüş növünün sirləri ilə ttanınmış kunq-fu ustası İlham Kərimli tanış etdi. Çpx keçmədi ki, bu tandem dostluğa çevrildi. Çingizin daha bir həvəsi də üzə çıxırdı – o fotoqrafiya və kamera çəkilişləri ilə maraqlanmağa başladı. Belə olduqda o, ilk filminin çəkilişi ilə məşğul oldu. Və bu ilk iş onun müəllimi kunq-fu ustası İlham Kərimlinin həyat və iş yaradıcılığına həsr olundu. Filmdə İlham Kərimlinin öz dilindən onun Şuşa xatirələrini və Qarabağ mühəribəsinin dəhşətlərini eşidərək, sənədli kadrları dinlərkən, göz yaşlarını saxlamaq qeyri mümkün oldu. Çingiz, bu 37 dəqiqəlik sənədli filmin həm rejissoru, həm operatoru, həm də montajçısıdır. Mətbüat konfransında Çingiz onu da bildirdi ki, Bu filmin davamı olacaq, yəni bu film daha da böyük formatda çəkiləcək.

Ayəndə Dadaşova

COMMENTS