Qız doğduğuna görə 3 il hamamda saxlandı

Qız doğduğuna görə 3 il hamamda saxlandı

25 yaşlı qadın həyatının 3 ilini hamam otağında keçirib və ona dünyaya gətirdiyi övladını görmək qəti qadağan olunub.

 

Qadın qız doğduğu üçün əri ona belə “cəza” veribmiş.

Dosye.org İnternational Business Times-a istinadən bildirir ki, qadın bu “həbsxana”dan azad olunanda o, gözlərini aça bilmirdi. Biçarə gün işığına həsrət qaldığından ətrafına baxanda əziyyət çəkirdi.

Paltarları cırılmış, əski parçalarına dönmüş qadın 3 yaşlı qızını qucağına alanda uşaq qorxaraq ağlayıb.
Balasının onu tanımadağını görən qadın diz çökərən hönkürməyə başlayıb.

Hadisə Hindistanın Ratna şəhərinin şərqindəki Darbhanqa şəhərciyində baş verib.

“Qadın 2010-cu ildə ərə veriləndən bəri vəhşi davranışa, zorakılığa, əzablara məruz qalıb. Əri onu daim döyür, valideynlərinin az cehiz verdiyini deyirmiş. Qadın qız doğanda isə əri onu hamama salaraq qapını bağlayıb və üç illik məhbəs belə başlanıb”, – polis zabiti Sima Kumari deyib.
Qadının dediyinə görə, bu illər ərzində ailənin süfrəsinin artıqları ilə qidalanıb: “Ərim bəzən mənə yemək vermirdi və günlərlə ac qalırdım”.

Qadının əri həbs olunub.

COMMENTS