Hindistanda 17 yaşlı qız valideynləri evdə tualet tikmədiklərinə görə intihar edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkənin şərqindəki Carkhand ştatının Dumka dairəsində orta məktəb məzunu olan qız öz təbii ehtiyaclarını yaxınlıqdaki çöldə yerinə yetirməyə utandığından dəfələrlə ailəsindən evdə tualet tikməyi xahiş edib. Ailəsi isə kanalizasiya üçün çəkəcəkləri xərci onun toyuna saxlamağı qərara alıb.
Qızın faciəli ölümünə Hindistan parlamentinin deputatı, Hindistan Milli Konqresi Partiyasının lideri Diqvjiya Cinqx reaksiya verərək deyib: “Hindlilər millət kimi ayılmalıdırlar, tualet tikintisi prioritetlərdən biridir”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 1,1 milyarda yaxını heç vaxt tualetdən istifadə etmir. Hindistanda isə əhalinin yarıdan çoxu tualet ehtiyacını küçədə yerinə yetirir.
COMMENTS