Qobu sabah şəhidini son mənzilə yola salacaq…

Qobu sabah şəhidini son mənzilə yola salacaq…

Azərbaycan növbəti şəhidini verib.

Qəsəbə sakinlərindən Moderator.az-a verilən məlumata görə, bu, Abşeron rayonu Qobu qəsəbə sakini Əli İntiqam oğlu Heydərovdur.

Ə. Heydərov cəbhənin Tərtər istiqamətində qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi bir az öncə Qobu qəsəbəsinə gətirilib.

Şəhidlə vida mərasimi sabah keçiriləcək və o, Qobu qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək, Ə. Heydərovun iki qardaşı və bir bacısı var.

Şəhidimizə Allah rəhmət etsin!

COMMENTS