Qobustanın icra başçısı vətəndaşı təhqir edib?

Şahkərəm Zülfüqarov: “Torpağım əlimdən alınıb, icra başçısı isə ona üz tutduğuma görə, məni təhqir edərək, həbs etdirəcəyi ilə hədələdi”

 

Qobustan rayonunun Xımıllı kəndində bir ailə torpaqsız qalıb. Buna səbəb isə yerli məmurların özbaşınalığı və qanunsuzluğu olub. JAM.AZ-a müraciət edən rayonun Ximilli kəndinin sakinləri Zülfüqarov Şahkərəm Şahkərəm oğlu və ailə üzvləri Zülfüqarova Şairə Şahkərəm qızı, Zülfüqarov Qafar Şahkərəm oğlu, Zülfüqarov Xəyal Şahkərəm oğlu, Zülfüqarov Şəhadət Şahkərəm oğlu və Zülfüqarov Səhminə Şahkərəm qızı bildirirlər ki, kəndlərində 1999-cu ildə aparılan aqrar islahatlarla əlaqədar onlara 17.3 hektar torpaq sahəsi verilib.

Onların bildirdiyinə görə, 2013-cü ildə bu torpaq sahəsinin Şahkərəm Zülfüqarova məxsus hissəsini, yəni 5 hektarını bələdiyyə sədri Namiq Mirzəyevə 5000 manata satıb. “Onlar isə sonradan keçmiş Qobustan rayon notariusununun rəhbəriylə əlbir olub, saxta sənətlər hazırlayaraq, cinayət yolu ilə məndən torpaq aktını aldadıb alıblar. Onu da 5 hektarı sənədləşdirmək adı ilə. Sonradan məlum oldu ki, onlar bizim bütün ailəmizin torpağımı mənimsəmişdirlər. Həmin dövrdən etibarən mənim ailə üzvlərim öz torpaqları qanunsuz zəpt edildiyi üçün istifadə edə bilmirlər. Hazırda bələdiyyə sədri və qardaşı Mirzəxan həmin sahələri əkib-becərir. Həttda ildə 40 manat dövlət tərəfindən əkinə verilən məvacibi də mənimsəyirlər”.

Zülfüqarovlar yazırlar ki, məsələ ilə bağlı dəfələrlə Qobustanın məsul şəxslərinə müraciət ediblır. Lakin hər dəfəsində onların şikayətlərinə baxan olmayıb. “Sonradan bir neçə dəfə Qobustan rayon İcra Hakimiyyətinin başçısına müraciət etdim. Hətta axrınçı dəfə icra başçısı məni kobudcasına təhqir edib, “İtil burdan” deyib, xoşagəlməz ifadələr işlətdi. Və bildirdi ki, sənə satılan 5 hektar yerin, yəni 5000 manatı qaytar ver, yer hamısı sənə veriləcək. Əks halda səni tutduracam, prokurorluğa verəcəm. Bu nə deməkdir? Vətəndaş niyə tutulmalıdır ki? Hətta bələdiyyə sədri və icra nümayəndəsini də mənimlə üzləşməyə çağırdı”.

Şikayətçilər bildirirlər ki, onların tələbi qanuni olaraq 12.3 hektar torpaqlarının geri qaytarılması və bu işi görənlərin cəzalandırılmasıdır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS