Qohumlar arasında bıçaqlanma – Biri öldü

Qohumlar arasında bıçaqlanma – Biri öldü

Tərtər rayonunda qohumlar arasında bıçaqlanma olub.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 23-də rayon sakini 1998-ci il təvəllüdlü Tural Mustafayevin xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qohumu 1990-cı il təvəllüdlü Aqil Süleymanovun rayonun Düyərli kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Mustafayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin mübahisə zamanı Aqil Süleymanov da bıçaq xəsarətləri aldığından Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

DOSYE.ORG

COMMENTS