“Qol vursam da, istədiyim kimi oynaya bilmədim” – Mahir Emreli

“Qol vursam da, istədiyim kimi oynaya bilmədim” – Mahir Emreli

Zaqreb “Dinamo”sunda çıxış edən Mahir Emreli “Nafta” (Sloveniya) ilə yoxlama matçından (3:0) sonra fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, millimizin hücumçusu klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, qol vursa da, istədiyi kimi oynaya bilməyib:

“Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm.

Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq”.

Xatırladaq ki, Mahir bu oyunda komandasının 3-cü qolunun müəllifi olub.

DOSYE.ORG

COMMENTS