Qorbaçovla Buşun Malta görüşündə  tərcüməçilik etmiş linqvist öldü…

Qorbaçovla Buşun Malta görüşündə  tərcüməçilik etmiş linqvist öldü…

Moskva Dövlət Linqvistik Universitetinin müəllimi, tanınmış beynəlxalq tərcüməçi Andrey Çujakin vəfat edib.

“İnterfaks” bu haqda  həmin universitetin Tərcümə fakültəsinin dekanı Ekaterina Poxolkovaya istinadla yazıb.
Poxolkovanın dediyinə görə, son illərdə Çujakin ağır xəstə olub, lakin son vaxtlara qədər dərs deyib.
Çujakin – Moskva Dövlət Linqvistik Universitetinin dosenti, ingilis və portuqal dilinin tərcüməçi-referenti kimi çalışıb. O,  Yuri Andropov, Konstantin Çernenko, Mixail Qorbaçov, Andrey Qromıko, Corc Buş, Margaret Tetçer, İndira Qandi, Helmut Kol, Fidel Kastro, SSRİ və kommunist partiyasının ən yüksək liderlərinin danışıqlarını tərcümə edib.
Məlum olur ki, Çujakin SSRİ lideri Mixail Qorbaçovla ABŞ prezidenti Corc Buşun Maltada  dünyadakı “soyuq müharibə”yə son qoyan, eyni zamanda  Yeni Dünya Düzəninin başlanmasına, o cümlədən Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına səbəb olan həlledici görüşündə də tərcüməlik edib…

COMMENTS