Qoz-fındıq və yumurta nə ilə faydalıdır?

Qoz-fındıq və yumurta nə ilə faydalıdır?

Nefroloq Danila Pyrikov, düzgün tərtib edilmiş pəhrizin köməyi ilə qalxanabənzər vəzin sağlamlığının qorunub saxlanıla biləcəyini bildirib.

“Pəhrizinizdən bütün sarı və qırmızı qidaları xaric etməli olduğunuz, qırmızı ilə yaşıl qidalar yeyə bilməyəcəyiniz qayda yoxdur.  Qalxanabənzər vəzi xəstəliyi olan xəstələr üçün ən yaxşı pəhriz Aralıq dənizi pəhrizidir. Bu, ürək-damar xəstəlikləri ilə bağlı tövsiyələrə də daxil edilən yeganə pəhrizdir”, – Pyrikov izah edib.

Həkim pəhrizə çoxlu miqdarda yod, selen və zülal olan qidaları daxil etməyi məsləhət görüb. Nümunə olaraq o, toyuq yumurtası, dəniz balığı, qoz-fındıq, süd və süd məhsullarını göstərib. Bundan əlavə, müntəzəm olaraq çoxlu tərəvəz və göyərti yemək vacibdir.

COMMENTS