Quba sakini göldə boğulub.
Dosye.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun İkinci Nüğədi kənd ərazisində yerləşən süni göldə qeydə alınıb.
FHN-nin qaynar telefon xəttinə daxil olmuş məlumatda bildirilib ki, 1978-ci il təvəllüdlü, Süleymanov Ayaz Səlim oğlu Quba rayonu, İkinci Nüğədi kənd ərazisində yerləşən süni göldə batıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
A.Süleymanovun cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
COMMENTS