Quba sakini it üstündə həmkəndlisini öldürdü

Quba sakini it üstündə həmkəndlisini öldürdü

Quba rayonunda qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dosye.org  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elman Ağasiyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində baş verib.

Kənd sakini, Eldəniz Dadaşov ilə Elman Ağasiyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində Elman Ağasiyev Eldəniz Dadaşovu bıçaqlayıb.

O, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

Həkimlərin səylərinə baxmayaraq, Elman Dadaşov iyunun 15-də dünyasını dəyişib.

Məlum olub ki, qətl hadisəsindən bir müddət əvvəl mərhum Elman Ağasıyevin həyətindən plastik boru oğurlanıb.

Bu məsələyə görə onun Eldənizlə mübahisəsi düşüb.

Hadisə günü Eldəniz küçə ilə gedərkən Elmanın evinin qarşısında olanda üstünə it cumub.

Eldəniz iti söyməyə başlayanda həyətdə olan Elman həmin söyüşləri eşidib.

Elman düşünüb ki, Eldənizin onu boruların oğurlanması məsələsinə görə söyür.

Evdən bıçaq götürən Elman Eldənizin yanına gəlib və mübahisə ediblər.

Elman dava zamanı Eldəniz Dadaşova bir neçə bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Elman Ağasiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dosye.org

COMMENTS