Qubad İbadoğlu Xədicə İsmayıla cavab verdi

Qubad İbadoğlu Xədicə İsmayıla cavab verdi

 

ibad.jpg

Jurnalist Xədicə İsmayıl Qubad İbadoğlunun beynəlxalq tədbirdə Azərbaycan hakimiyyətini müdafiə etdiyini iddia edib.

Hazırda Myanmarda olan Q.İbadoğlu məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, bu məlumatlar tamamilə yanlışdır.

Müsavat Partiyası başqanlığına sabiq namizəd tədbir haqda məlumat verib və orada sərgilədiyi mövqeni açıqlayıb: “Bu gün Myanmarın siyası paytaxtı Nay Pyi Taw şəhərində Mədən sənayesində şəffaflıq təşəbbüsü (MSŞT) üzrə qlobal İdarə Heyətinin 28-ci toplantısı keçirildi. Toplantıda Azərbaycan vətəndaş cəmiyyətinin işində yaranmış problemlərə görə MSŞT-nin tətbiqində mövcud olan çətinliklər müzakirə olunub. Müzakirədə MSŞT-in Katibliyinin sentyabrın 20-23-də Bakıya ezam olunan misiyaslnın hazırladığı hesabat dinlənildi. Mən giriş çıxışı edərək, Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı vəziyyətindən Mədən sənayesində şəffaflığın artırılması (MSŞA) Koalisiyasının qarşılaşdığı çətinliklərə , MSŞA Koalisiyasının müzakirə olunan məsələyə dair mövqeyini açıqladım.

Qaydalara görə mümkün 3 variantdan (1-Azərbaycanın MSŞT-dən çıxarılması, 2- Azərbaycanın MSŞT-də fəaliyyətinin müvəqqəti dayandırılması, 3- Azərbaycana erkən dəyərləndirmə aparmaq üçün qiymətləndiricinin göndərilməsi.) 2-i müzakirəyə çıxarıldı. 1-ci variantın əleyhinə çıxış beynəlxalq QHT-lər etdilər. Onlar hesab edirlər ki, 1-ci variantın qəbulu Azərbaycanda bu təşəbbüs çərçivəsində hesabatlılığın dayandırılması və vətəndaş cəmiyyətinin prosesdən tamam kənarlaşdırılması kimi ziyanlı nətcələrə gətirib çıxarar. Odur ki, əsas müzakirələr bizim 2-ci variant üzərində getdi. Bu variant üzrə hökümətin qarşısında öhdəliklər qoymaq və onun yerinə yetirilməsi üçün vaxt ayırmaq, əgər həmin müddət ərzində öhdəliklər yerinə yetriliməzsə üzvlüyü müvəqqəti dayandırmaqdan ibarətdir. Bu variantın əleyihə çıxış edən əsasən transmilli korporasiyalar və bəzi hökümətləri nümayəndələridir. 3-ü varianta gəlincə, gələn ilin iyul ayından başlayaraq Azərbaycan növbəti dəyərləndirmədən keçəcəyinə görə o ciddi müzakirə mövzusuna çevrilmədi. Azərbaycan höküməti bu müzakirələr zamanı istənilən qərarın qəbulunun əleyhinə çıxış edirlər. Bu gün 2 saatdan artıq davam edən müzakirələr zamanı konsesus olmadığına görə sabah yenidən müzakirəni davam etdirəcəyik”.

COMMENTS