Qubada ana doğuş zamanı öldü

Azərbaycanda doğuş zamanı daha bir ana ölümü qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün Quba Regional Perinatal Mərkəzində qeydə alınıb.

 

Qusar rayon sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı doğuş zamanı dünyasını dəyişib. Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin APA TV-yə verdiyi məlumata görə, doğuşdan sonra xəstədə qanaxma qeydə alınıb. Əməliyyata alınan Z.Aslanovanın səhhəti 16 saat sonra yenidən pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Baş həkimin sözlərinə görə, dünyaya gələn oğlan uşağı tam sağlamdır, həyatı üçün heç bir təhlükə yoxdur. İ.Mirzəliyev ananın 11-ci hamiləliyi və 3-cü doğuşu olduğunu deyib. Quba rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.

COMMENTS