Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə yeniyetmə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, batan 12 yaşlı yeniyetmənin meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:
“İyun ayının 3-də Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.
COMMENTS