Qubadakı gərginliklə bağlı icra hakimiyyətindən açıqlama

“Rayonda gərginliyin olması, camaatın yolu bağlamaq istəməsi haqda yayılan məlumatlar düzgün deyil”.

Bunu virtualaz.org saytına açıqlamasında Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov dedi.

Y.Abidovun sözlərinə görə, rayon məktəblərinin bəzilərinə siniflərin bağlanması haqda göstəriş verilməsi barədəki məlumatlar mətbuatda düzgün təqdim edilməyib: “Bəzi məktəblərdə komplektləşdirmə işləri aparılır. Bu işlərə isə sentyabr ayından başlayıb. Siniflərdə şagirdlərin sayı nəzərə alınaraq komplektləşdirmə işləri görülür. Bu işə də Maliyyə və Təhsil nazirlikləri nəzarət edir. Heç bir narazılıq yoxdur. Yerli sakinlərin etiraz etməsi, yolu bağlamaq istəməsi barədə yayılan xəbərlər isə doğru deyil”.

COMMENTS