Top.Mail.Ru

“Qubadlıya gedəndə ilk olaraq atamın məzarın ziyarət edəcəm…”- Əliyar Əliyevin oğlu…

“Qubadlıya gedəndə ilk olaraq atamın məzarın ziyarət edəcəm…”- Əliyar Əliyevin oğlu…

Xəbər verdiyimiz kimi Azərbaycan Ordusunun Qarabağda uğurlu əməliyyatından hər bir evdə danışılar və insanlarımız sevinirlər.

Milli Qəhrəman Əliyar Əliyevin oğlu Yusif Əliyev də  açıqlamasında doğulduqları Qubadlı rayonuna tez bir zamanda qayıdacaqlarını və atalarının məzarını bərpa edəcəklərini bildirib:
“Təbii ki, ordumuzun uğurlu döyüş əməliyyatına hamı kimi, biz də sevinirik. Evdə anam da, mən də tez bir zamanda o yerlərimizə qayıdacağımız günü gözləyirik. Təbii ki, Qubadlıya gedəndə ilk ziyarət edəcəyimiz yer atamın məzarı olacaq. Amma inanmıram ki, atamın məzarı indi salamat qalsın, yəqin ki, düşmən qəbirlərimizi dağıdıb. Amma inşallah biz onu bərpa edəcəyik. Atam şəhid olanda 6 yaşım var idi, ona görə hadisələri çox çətin xatırlayıram. Bu gün hamımız Ali Baş Komandanın ətrafındayıq və inşallah torpaqlarımızı işğaldan azad edəcəyik”.

COMMENTS