Top.Mail.Ru

Qubanın kəndində ikinci yanğın başladı – Fotolar

Qubanın kəndində ikinci yanğın başladı – Fotolar

Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS