Qubanın keçmiş icra başçısı əməliyyat olundu

Qubanın keçmiş icra başçısı Rauf Həbibov əməliyyat olunub.

Axar.az-a verilən məlumata görə, devrilmiş sabiq başçı səhhətində yaranmış problemlə bağlı cərahiyyə əməliyyatına məruz qalıb. Hazırda R.Həbibovun vəziyyətinin yaxşı olduğu bildirilir.

Mənbənin qeydlərinə görə, R.Həbibov Azərbaycanda əməliyyat olunub:

“Rauf Həbibov Bakıdadır. Özünü yaxşı hiss edir. Əsasən biznesi ilə məşğul olur”.

Qeyd edək ki, Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibov hazırda tikinti sexinə rəhbərlik edir. İcra hakimi olduğu dövrdə müəssisəni oğluna həvalə edən R.Həbibov məlum hadisələrdən sonra biznes fəaliyyətini özü davam etdirir.

COMMENTS