Cəlilabad sakinlərinin narazılıqları durmadan artır. Məlum qanunsuzluqlarla bağlı rayon sakinləri Prezident Aparatına müraciət ünvanlayıb.
DOSYE.ORG-a məlumat verən rayon sakinlərinin sözlərinə görə, Baş Prokurorluğun səlahiyyətində olan tutarlı fakt rayon icra hakimiyyəti tərəfindən ört-basdır edilir. Bir daha nəzərinizə çatdıraq ki, Cəlilabad rayonunun Qarağac kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsi zəbt edilərək hasarlanıb. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsində dərin araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, Qarağac kənd ərazisində örüş torpaqları bəzi şəxslər tərəfindən hasarlanıb.
Ötən yazılarımızda qeyd etmişdik ki, istər icra nümayindəsi, istərsədə bələdiyyələr icra başçının “dabrosu” olmadan satışa çıxara bilməz. Yəni, dövlət əhmiyyətli torpaqları heç bir vətəndaş hasara ala bilməz. Ən azından nəzarət edən qurumlar ərazilərə ciddi nəzarət edir.
PA-na olunan müraciət isə Cəlilabad İcra Hakimiyyətinə yönləndirilib. Təəsüflər olsun ki, qanunsuz zəbt olunan torpaq problemi rayon prokurorluğuna deyil, məhz elə özünün razılığı ilə hasarlanan icra orqanına tapşırılıb.
DOSYE.ORG bir daha qeyd edir ki, Cəlilabad rayonunda demək olar ki, örüş sahələrinin çox hissəsi satılıb. Baxmayaraq ki, kənd təsərrüfatlı torpaqların satışı qəti qadağandır.
Dəfələrlə qeyd etmişik ki, Cəlilabad RİH başçısı Rafiq Cəlilov rayonda kifayət qədər narazılıqlar yaradıb. Sosial durumu heç də normal olmayan cəlilabadlıların gəlir yeri ancaq və ancaq kənd təsərrüfatı və heyvandarlıqdandır. Amma icra başçısı şəxsi maraqlarını rayon sakinlərindən üstün tutaraq qanunsuz torpaq satışını davam etdirir.
Digər bir məlumatda isə bildirilir ki, icra başçısı R. Cəlilov hazırda həbsdə olan Naxçivan MR eks DİN Fazil Ələkbərovla qudadır. Doğrudur, icra başçısına göstərişləri həbsdə olan eks-nazir vermir. Lakin qudaların törətdikləri qanunsuzluqlar heç də bir mənalı qarşılanmayıb. Onu da bildirək ki, belə bir şəxs hər zaman arzuolunmaz məmur kimi yaddaşlarda yaşayır. Ətrafına bir neçə rayon sakinlərini toplamaq və onlardan sosial şəbəkədə istifadə etmək acizlikdir. Cənab prezident sizə inanıb və etimad göstərib. Sizində vəzifə borcunuzdur ki, vətəndaşlara xidmət edəsiniz, prezdentin inamını doğruldasınız. Unutmaq lazım deyil ki, haqq heç zaman üzülməz. Sadə, zəhmətkeş cəlilabadlılar haqq səslərini dövlət başçısına çatdıracaq. Buna qətiyyən şübhəniz olmasın…
DOSYE.ORG
COMMENTS