Qüdrət Həsənquliyev: “Bu insanlar 25 ildir qəzalı evlərdə yaşayırlar”

Qüdrət Həsənquliyev: “Bu insanlar 25 ildir qəzalı evlərdə yaşayırlar”

“10 milyonluq ölkə üçün 20 milyardlıq büdcənin ayrılması o qədər də böyük vəsait deyil. Eyni zamanda büdcə vəsaitlərinin bölüşdürülməsi ədalətli deyil”.

Deputat Qüdrət Həsənquliyev bunu parlamentdəki büdcə müzakirələri zamanı söylədi. Q.Həsənquliyev daha sonra əlil və şəhid ailələrinin mənzillə təmin olunması üçün cəmi 27,5 milyon manat vəsait ayrılmasını doğru saymadı, müharibə vəziyyətində olan ölkə üçün bu vəsaiti yetərli hesab etmədiyini bildirdi. Eyni zamanda deputat qəzalı vəziyyətdə yaşayan qaçqın və köçkünlər üçün mənzil tikintisi üçün ayrılan vəsaitin artırılmasını zəruri saydı: “Mehriban xanım Birinci vitse-prezident təyin olunandan sonra bu sahəyə ciddi diqqət yetirilir, yeni yaşayış kompleksləri tikilir”. Ardınca deputat qaçqın-köçkünlərin problemlərinin həlli üçün digər tədbirlərin görülməsini vacib saydı: “Allah insana nə qədər ömür verir ki? Bu insanlar 25 ildir qəzalı evlərdə yaşayırlar. Mən hökumət üzvlərinə müraciət edirəm, qaçqınlara, şəhid ailələrinə mərhəmətlə yanaşsınlar, onlara ayrılan vəsaiti artırsınlar!” Deputat Naxçıvana ayrılan investisiyalardan da bəhs etdi. “Əlbəttə, cənab prezidentin dəstəyi olmasa, Naxçıvan ayaq üstə dayana bilməzdi. Ancaq mən təklif edirəm ki, Naxxıvanda sənayenin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul olunsun!(”Musavat.com)

Dosye.org

COMMENTS