Qüdrər Həsənquliyevi hədəf seçənlər üçün HƏQİQƏTİN QÜDRƏTİ

Qüdrər Həsənquliyevi hədəf seçənlər üçün HƏQİQƏTİN QÜDRƏTİ

Son 30 ildə Azərbaycan siyasətində bir çox məsələlərə yanaşmada həm iqtidar, həm də müxalifət düşərgəsində bolşevizm elementləri mövcuddur.

Azərbaycanda siyasət haqqında çox romantik, infantil və buna görə də təhlükəli fikirlər çox yayılıb. Tarixdən düzgün dərslər də çıxarmaqa tələsmirik. Elə buna görə məsələn, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bizə acı dadan həqiqəti deyəndə isə biz bu romantik baxışlarımıza görə həqiqəti görmək istəmirik, əksinə buna qıcıqlanırıq. Biz qəbul etmək istəmirik ki, dövlətlər zorun, gücün, qəddarlığın fundamenti üzərində qurulur. İqtisadi və siyasi islahatlar isə müxtəlif siyasi qüvvələrin, tərəflərin marağlarını real güc nisbətinə uyğun olaraq təmin edilməsinin nəticəsində mümkün olur.
Son vaxtlar dövlət quruculuğu,milli strateji məsələlərlə bağlı millət vəkili Q.Həsənquliyevin fikirləri kimlərinsə kürkünə birə salıb və onu şəhid ailələrinə laqeydlikdə suçlayırlər. Millət vəkilinin işini bir iki torba götürüb ailələri ziyarət etmək kimi başa düşənlərə Qüdrət bəyin parlamentdə səsləndirdiyi fikirləri xatırlatmağı vacib bildik:
Dövlətin lap imkanı varsa, hər 2-3 ildən şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil;
– Xətai rayonundakı 55 saylı məktəbin kollektivi şəhid Samir Əliyevin adının həmin məktəbə verilməsini xahiş edib. S.Əliyev həmin məktəbin şəhid olan yeganə məzunudur. Sənədlər 23 yanvar 2021-ci ildə Nazirlər Kabinetinə təqdim olunub, lakin indiyədək heç bir addım atılmayıb;
– Müəyyən sosial təbəqə və qruplar var ki, biz dövlət və cəmiyyət olaraq onların problemlərinə xüsusi diqqətlə yanaşmalıyıq. Onlara olan münasibət cəmiyyətimizin nə dərəcədə sağlam və mədəni olmasını şərtləndirir. Ona görə də ilk növbədə şəhid ailələrinə prezidentin fərmanına uyğun olaraq verilməli olan 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq, hər bir şəhid ailəsinə verilməlidir;
– Bu gün səhər 96 şəhid ailəsi mənə məktubla müraciət edib və xahiş ediblər ki, mən onların problemlərini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət – Allaha şükür, imkanımız var – hər bir şəhid ailəsinə hər il ən azı 1000-2000 manatlıq yardımlar edə bilər .
Sitatları uzatmaq da olardı. Amma gərək yox. “Anlayan anlayacaq gər olsa da bir damla, qanmayan qanmayacaq boğsan onu dəryada…”Nə qədər maraqlı olsa da “müxalifətçilər” Q.Həsənquliyevi iqtidarın əlinə oynamaqda, hakimiyyət təmsilçiləri isə onu radikal müxalifətin dəyirmanına su tökməkdə ittiham ediblər. Nəticədə isə zaman onun dediklərini reallıq kimi möhürləyib. Maraqlıdır ki, antoqonist münasibətdə olan qüvvələrin ortaq hədəfi olmaq Qüdrət bəyin siyasi taleyində uzun bir tarixə malikdir. 2000-ci ilin sonlarında Elçibəy dünyasını dəyişəndən bir müddət sonra Qüdrət Həsənquliyev parçalanmış AXCP-nin bütövlüyü uğrunda fəaliyyətə keçdi və hər iki tərəflə danışıqlar aparararaq birləşməyi, birgə qurultaya getməyi, bu zaman kim sədr seçilərsə bu seçimə sayğı ilə yanaşacağını dönə-dönə bildirdi. Ancaq ambisiyalar bu çağırışa imkan vermədi, əksinə bir masa arxasında oturmağı belə qəbul etməyən rayonu trərəflər onun ideyasına qarşı ərazisində birləşdi. O zaman da seçilən yolun düz olması nəticə olaraq özünü təsdiqlədi. Bu gün BAXCP ölkənin siyası həyatında mütləq mənada nəzərə alınacaq siyasi qüvvədir. Azərbaycanda yeni bir nəsil yetişib. Onlar çox praqmatikdilər, çox real hədəflərə inanırlar. Həmin gənclik və milli-azadlıq hərəkatının təcrübəsini özündə yaşadan Qüdrət Həsənquliyev kimi liderlər Azərbaycanın mərhələli inkişafını yaxın illər ərzində tam təmin edə də biləcəklər.

DOSYE.ORG

COMMENTS