Qüdrət Həsənquliyev: “Fazil Mustafa maşının qapısını açıb düşdüyü anda güllələnib”

Qüdrət Həsənquliyev: “Fazil Mustafa maşının qapısını açıb düşdüyü anda güllələnib”

“Millət vəkilinə atəş açılması ağır hadisədir”.

Bunu Oxu.Az-a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

O qeyd edib ki, hadisə F.Mustafanın evinə çatdığı zaman maşının qapısını açıb düşdüyü anda baş verib.

“Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Azərbaycanda ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır”, – millət vəkili qeyd edib.

COMMENTS