Qüdsdə erməni hiyləsi: Şeytan üzə çıxır

O zaman ki Allah baba Adəmi yaratdı, o zaman ki Adəmin qabırğasından Həvvanı inşa etdi, o zaman ki şeytanı da ürcah elədi ən ali məxluqlarına – bax, onda başladı bu dünyanın nağılı…

Cütləşdilər, çoxaldılar, yayıldılar bütün Yer üzünə, amma bu nağıl “Biri vardı, biri yox”la başlamamışdı, elə ona görə də göydən üç alma yox, üç kitab düşdü. O kitablar o zaman düşdü ki, onda artıq Yer üzü insan selinə məruz qalmışdı, bu selin fəsadları irqlər yaratdı: millətlər meydana gəldi, parçalandı dünya – ölkələrə, qitələrə və daha nələrə, nələrə…

Sonra bu kitabların içindən ali insanlar çıxdı, onlar yol göstərməli, dünyanı, insanları nizama salmalı və təkallahlığı yaymalıydılar. Dedilər ki, biz kitab sahibləri hamımız eyni yolun yolçularıyıq, dedilər ki, Tanrımız bir, əqidəmiz bir: dağıtmayın dünyanı, öldürməyin bir-birinizi, ağlınızı başınıza yığın! Sonra çıxıb getdilər, amma özləriylə kitablarını da apardılar. Yoxsa niyə bu kitablara uyanların ayrı-ayrı allahları olsun?!

Ta o günlərdən bu günə, bu fərqli allahlar bir-birilərinin ətini yeməklə məşğul. Hər nağılın bir gözəl bitişi olur axı, bu nağılınsa bitişi yox, çünki bu nağılda gözəl heç nə yox. Əvəzində müharibələr, kütləvi qırğınlar, soyqırımlar var. Və bir də bu qədər çirkabın içində müqəddəslik iddiaları. Bu üç allah gözünü dikib bir Allahın müqəddəs şəhərinə, bu uğurda hər şey etməyə hazır. O şəhər ki adı Qüds, o şəhər ki bu üç allahdan birinin (xristianların) İsa peyğəmbərinin son günlərini yaşadığı, çarmıxa çəkildiyi və zühur etdiyi yer; o şəhər ki digər allahların (yəhudilər və müsəlmanlar) “Süleyman, İbrahim, İsmayıl, Davud”unun yaşadığı, Əqsa məscidinin yerləşdiyi yer. İndi bu allahlar yenidən qızışıb, şəhəri ələ keçirməkdən ötrü qırırlar bir-birilərini. Və o Qüds ki “Davud şəhəri” adlandırılan ən qədim hissəsi müsəlman, xristian, yəhudi və erməni olmaq üzrə dörd məhəllədən ibarət. Hə, bir də nağılın şeytan adlı qəhrəmanı vardı axı… Bu şəhərin allahları bəlli – Müsəlman, Xristian və Yəhudi. Bəs şeytanı?

O Qüdsün Davud adlı şəhəri var, o şəhərin dörd məhəlləsi – müsəlman, xristian, yəhudi və erməni…

“Allahlar” müqəddəs Qüdsdən pay umar, şeytan ummaz? – Umar, əlbəttə…

Şeytan olar, minbir fırıldağı olmaz? – Olar, əlbəttə.

O fırıldaq hər dəfəsində bir millətin başına daş salmaz? – Salar, əlbəttə…

İlk daşı xristian allahını yoldan çıxarıb türklərin başına atar, sonra Qüdsün müsəlman (Fələstin) allahına da üz tutub Azərbaycanın – Qarabağın başına atar.

Bu nağılın sonu yoxdur, bu nağılın şeytanı var, şeytana uyan allahları var və bu allahların qətl etdiyi günahsızlar…

Dosye.org

COMMENTS