Quldurluq etmiş dəstə üzvləri tutuldu

Keçən ilin dekabrında Salyan rayonunda quldurluq etmiş dəstə üzvləri tutulub.

Dosye.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Salyan polis şöbəsindən APA-ya verilən məlumata görə, 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində rayon sakinləri 1981-ci il təvəllüdlü 1981-ci il təvəllüdlü Xəyal Bədəlov, 1986-cı il təvəllüdlü Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyib Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Bədəlov, R.Əzizov və E.Rüstəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

COMMENTS