Quranda adı keçən bu meyvə xərçəngi yox edir

Quranda adı keçən bu meyvə xərçəngi yox edir

Narın sonsuz faydalarından xəbərdarsınızmı? Xərçəng və bir sıra xəstəlikləri kökündən məhv edən meyvənin suyu özündən də şəfalıdır.

Publika.az xəbər verir ki, adı “Qurani- Kərim”də keçdiyi üçün xalq arasında ona “Cənnət meyvəsi” deyirlər. Narı gündəlik istifadə etdikdə yorğunluğu aradan qaldırır, bədənə güc verir. Həmçinin xolesterin və şəkəri tənzimləyən meyvə, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasına da yardım edir.

Nar həmçinin qış aylarının ən sevimli meyvələrindən biridir. Tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə şəfa olan meyvə, bədəni xəstəliklərə qarşı qalxan kimi qoruyur. Narı soymaq nə qədər əziyyətli olsa da, orqanizmə olan xeyirləri bu zəhmətə dəyər.

DOSYE.ORG

COMMENTS