“Düşünmürəm ki, Foqts Azərbaycan yığmasını tərk etsin”
“Oyundan sonra emosional açıqlama verdiyini düşünürəm. Ona görə də belə danışıb. Düşünmürəm ki, Foqts Azərbaycan yığmasını tərk etsin”.
ANS PRESS-in “Qarabağ” FK-nın Facebook səhifəsinə istinadla verdiyi məlumata görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O, qeyd edib ki, iki gün sonra hər şey qaydasına düşəcək və Foqtsa əvəzləyici axtarılmayacaq.
Qeyd edək ki, ötən gün Azərbaycan Xorvatiya millisinə biabırçı hesabla (6:0) məğlub olub. Oyundan sonra millinin baş məşqçisi Berti Foqts jurnalistlərə açıqlamasında komandada gələcəyini görmədiyini bildirib.
COMMENTS