Qurban Qurbanov: “Bu, çox vacib üç xal idi”

“Maraqlı oyun alındı. Vacib olan 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm “Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm”.

 

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Simurq” üzərində qələbədən (1:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Meydana ehtiyat heyəti buraxan Qurbanov futbolçularının çıxışından razı qaldığını bildirib:“Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”

COMMENTS