Qurban Qurbanov hakimləri nədə ittiham etdi?

Qurban Qurbanov hakimləri nədə ittiham etdi?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün İsveçrə “Sürixi” ilə oyunda rəqibin ilk qolu qaydalar çərçivəsində vurmadığını deyib.

Qol.az xəbər verir ki, o, rəqib futbolçusu Lindrit Kamberinin matçın 65-ci dəqiqəsində oyundankənar vəziyyətdən fərqləndiyini bildirib:

“Bəli, ilk qol ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)”.

Xatırladaq kli, görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə olacaq.

COMMENTS