Qurban Qurbanov milli üçün daha bir rəqib seçdi

Qurban Qurbanov milli üçün daha bir rəqib seçdi

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  millimiz yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə qarşılaşacaq. Bu matç  Qurban Qurbanovun millimizdə baş məşqçi qismində ilk oyunu olacaq.

Xatırladaq ki, yığmamız fevralın 2-də Gürcüstan yığması ilə də yoldaşlıq oyunu keçirəcək.

Dosye.org

COMMENTS