“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovun millini çalışdırma ehtimalı barədə danışıb.
Qol.Az-ın məlumatına görə, Futbolxeber.az saytına verdiyi açıqlamada klub rəsmisi Qurbanovun “Qarabağ”ı tərk etməyəcəyini deyib:
“Qurban Qurbanovun adının milli komandayla yanaşı hallanması müsbət haldır. Lakin Qurbanov “Qarabağ”ı tərk etməyəcək. Biz ona inanırıq. Əminəm ki, Qurbanovla birgə daha böyük uğurlar qazanacağıq”.
COMMENTS