Top.Mail.Ru

“Qurban Qurbanovla söhbətdən sonra çox doldum” – Kamran Ağayev

“Qurban Qurbanovla söhbətdən sonra çox doldum” – Kamran Ağayev

Millimizin sabiq qapıçısı Kamran Ağayev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla aralarında olan söhbət haqda maraqlı açıqlama verib.

Qol.az xəbər verir ki, “Futbol+” qəzetinə müsahibəsində o, deyib ki, Qurban Qurbanov ötən il ona zəng vuraraq görüşmək istədiyini deyib:

“O, “Kamran, nə fikirləşirsən” soruşdu. Onda Asmir Beqoviçlə anlaşmamışdılar. Başa düşdüm ki, məni “Qarabağ”da görmək istəyir. Ancaq mən də kişiliyimə sığışdırıb “gələrəm” demədim. Dedim ki, əlim gipsdədi və gipsin açılması 5 ay çəkəcək. Ondan sonra da optimal formaya düşmək üçün 3 ay lazımdır.

Qurbanov vəziyyəti bilsə də, mənə jest etdi. Söhbətimizin sonunda “nə kömək lazım olsa, de, çəkinmə” söyləyib ayrıldı. Həmin an az qala ağlayacaqdım, çox dolmuşdum. Belə insanların qədrini bilmək, onlara yol açmaq lazımdır. Karyeram ərzində bir neçə dəfə “Qarabağ”da oynamaq şansım olub. Lakin hər dəfə təklifi qəbul etməmişdim. Sonuncu dəfə Qurban müəllimin vəziyyətimi bilə-bilə, mənimlə söhbət etməsi bu insanın necə böyük ürəyə sahib olmasını göstərir. Özümdən utandım ki, yaxşı vaxtlarımda imtina etmişəm, çətin anda yenə o yanımda oldu, mənə diqqət ayırdı”.

DOSYE.ORG

COMMENTS