Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Dnepr” matçından öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqin vaxtı açıqlanıb.

 

Qol.Az-ın məlumatına görə, hər iki mütəxəssisin mətbuat konfransı oyundan bir gün öncə, noyabrın 5-də keçiriləcək.

Media mənsublarının önünə ilk olaraq “Dnepr”in baş məşqçisi Miron Markeviç çıxacaq. O, saat 17:30-da jurnalistlərin suallarını cavablandıracaq. Saat 18:00-da isə Dneprpetrovsk təmsilçisinin oyunöncəsi son məşqi olacaq.

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransı 19:00-da baş tutacaq. 19:30-da isə komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq.

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu saat 21:00-da başlayacaq.

COMMENTS